Üzümün sağlamlıq üçün 8 faydası

SAĞLAMLIQ

Üzümün sağlamlıq üçün 8 faydası


Yay aylarının ən çox istifadə olunan meyvələrindən biri olan üzümün bir çox faydaları vardır.

Kalium, sodyum, fosfor, maqnezium, xüsusilə K, C, A və B vitamin-minerallarla zəngin olan üzümün ən önəmli xüsusiyyəti güclü antioksidant təsirli olmasıdır. Bu isə o deməkdir ki, üzüm xərçəng kimi bir çox xəstəliklərin riskini azaldır.

Mütəxəssislər bildirilər ki, üzümün faydası ən çox qabığı və tumundadır. Buna görə də yeyərkən tumunu çıxartmayın, qabığını soymayın. Bir kiçik kasa üzüm 100 kalori və 25 qram karbohidratdır. Gündə kiçik bir kasa yemək kifayətdir. Karbohidrat tərkibi yüksək olduğu üçün xüsusən diabet xəstələri diqqətli olmalıdırlar.

1Gun.az üzümün 8 faydasını təqdim edir:

COVID-19-a qarşı bədən müqavimətini artırır

Xüsusən C vitamini və antioksidant tərkibi ilə immun sistemini gücləndirir. Beləliklə, koronavirus kimi bir çox infeksiyalara qarşı bədənin müqavimətini artırır.

Ürək sağlamlığı üçün önəmlidir

Üzüm ürək sağlamlığını qoruyan ən önəmli meyvələrdən biridir.

Aparılan araşdırmalara görə, xüsusilə qırmızı üzüm xolestrolu aşağı salmaqda təsirlidir.

Xərçəngə qarşı qoruyur

Tumu ilə birlikdə yeyildikdə tərkibindəki zəngin resveratrol sayəsində xərçəng hüceyrələrinin qarşısını alır.

Yaşlanmanı gecikdirir

Mütəxəssislər bildirirlər ki, üzüm qocalmanın qarşısını alır. Həmçinin, hüceyrələri yeniləyərək dərimizin daha cavan görünməsinə kömək edir.

Pəhriz siyahılarında şirniyyat üçün uğurlu alternativdir

Həkimlərin fikrincə, üzün çəki verməyə də kömək edir. Çünki üzüm yarısı su olan şəkərli və lifli bir meyvədir. Təbii meyvə şəkəri olması və tərkibindəki antioksidantlar sayəsində bədəndəki iltihabı azaldan təsiri ilə arıqlamağa da kömək edir.

Göz sağlamlığında təsirlidir

Üzümün göz sağlamlığını qorumasına dair bir çox tədqiqat var.

Qan təzyiqini aşağı salır

Aparılan araşdırmalara görə, üzüm qan təzyiqini aşağı salır və infarkt riskini azaldır.

Qəbizliyin qarşısını alır

Üzüm mütəmadi olaraq yeyildiyi zaman bol lifli tərkibi ilə qəbizliyin qarşısını alır. Bu da bağırsaq xərçəngi riskinin qarşısını alır.

Paylaş