Un kisəsindən heyvan sümüyü çıxdı – Azərbaycanda

Cəlilabad rayonunda un kisəsindən heyvan sümüyü çıxıb.

HADİSƏ

Undan sümük çıxdı


“1 Gün.az” xəbər verir ki, bu barədə “Report”a rayonun Şatırlı kənd sakini məlumat verib.

Belə ki, rayon mərkəzindəki mağazalardan birindən alınan 50 kq-lıq əla növ un kisəsindən sümük tapılıb. Bu sümüyün iribuynuzlu heyvanın diz nahiyəsinin bir hissəsi olması məlum olub. Yerli sakin undan istifadə etməyi təhlükəli hesab edib.

Paylaş