TƏBİB rəsmisi: “Yaranmış vəziyyətə görə hər kəs cavabdehdir”

HADİSƏ


“Hər birimizin ayrı-ayrılıqda sağalması və ya xəstələnməməsi kifayət deyil. Azərbaycan bütöv bir bədəndir, ona görə də bütövlükdə Azərbaycan sağalmalıdır”.

Bunu TƏBİB-in mətbaut katibi Rəvanə Əliyeva sosial şəbəkədə yazıb.

O bildirib ki, yaranmış vəziyyətə görə hər kəs cavabdehdir: “Mən sizin yoluxmamağınıza, siz o birinin, o biri digərinin… Hər birimiz maska taxaraq məsafə saxlayıb özümüzü qorumaqla, digərlərini, eləcə də Azərbaycanımızı qorumuş olacağıq. “Özünü qoru, çevrəni xilas et” Media Hərəkatına qoşulun, vətəndaş olaraq birlikdə qalib gələk!”.

Report

Paylaş