Səhiyyə Nazirliyi “böyük tortu” bölüşdürdü

İQTİSADİ

Səhiyyə Nazirliyi


Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzi publik hüquqi şəxsi “Müalicə profilaktika müəssisələrinin təminatı üçün zəruri olan və Dövlət və Tədbirlər proqramlarına uyğun nəzərdə tutulmuş dərmanların, immunoloji preparatların, narkoz və narkotik maddələrin, tibbi təyinatlı ləvazimatların, diaqnostik və labarator materialların və digər tibbi təyinatlı vasitələrin satınalınması” üzrə tenderə yekun vurub.

Marja xəbər verir ki, qalib şirkətlər AvroMed Company QSC, M-Complex MMC, Zeytun Pharmaceuticals MMC, Fuad-Kimya Servis MMC, Albatros Heltkeyr MMC və Labservis LTD MMC-dir.

Qalib şirkətlər ilə ümumi məbləği 57 milyon 334 min manat olan müqavilələr imzalanıb. Ən iriməbləğli müqavilələr AvroMed Company QSC və Zeytun Pharmaceuticals MMC ilə imzalanıb.

Şirkətlər üzrə:

  1. AvroMed Company QSC (Lot 1 – Şəkərli diabet üzrə Dövlət Proqramına uyğun nəzərdə tutulmuş dərman və tibbi ləvazimatların satınalınması) – 29832895.7 AZN

2.M-Complex MMC (Lot 3 – Müalicə-profilaktika müəssisələrinin təminatı üçün zəruri olan və bəzi Dövlət və Tədbirlər proqramlarına uyğun nəzərdə tutulmuş dərman və tibbi təyinatlı vasitələrin satınalınması) – 264247.41 AZN

  1. Zeytun Pharmaceuticals MMC (Lot 3 – Müalicə-profilaktika müəssisələrinin təminatı üçün zəruri olan və bəzi Dövlət və Tədbirlər proqramlarına uyğun nəzərdə tutulmuş dərman və tibbi təyinatlı vasitələrin satınalınması) – 19158724.31 AZN

4.Fuad-Kimya Servis MMC (Lot 4 – Müalicə-profilaktika müəssisələrinin təminatı üçün zəruri olan və bəzi Dövlət və Tədbirlər proqramlarına uyğun nəzərdə tutulmuş diaqnostik, laborator və digər tibbi təyinatlı vasitələrin, ləvazimatların və materialların satınalınması) – 3678819.95 AZN

  1. Albatros Heltkeyr MMC (Lot 4 – Müalicə-profilaktika müəssisələrinin təminatı üçün zəruri olan və bəzi Dövlət və Tədbirlər proqramlarına uyğun nəzərdə tutulmuş diaqnostik, laborator və digər tibbi təyinatlı vasitələrin, ləvazimatların və materialların satınalınması) – 850381.09 AZN
  2. Labservis LTD MMC (Lot 4 – Müalicə-profilaktika müəssisələrinin təminatı üçün zəruri olan və bəzi Dövlət və Tədbirlər proqramlarına uyğun nəzərdə tutulmuş diaqnostik, laborator və digər tibbi təyinatlı vasitələrin, ləvazimatların və materialların satınalınması) – 3548549.36 AZN

Paylaş