“NZ Gold Compact” siqaretlərin qiymətlərində artım olmayıb” – AÇIQLAMA

İQTİSADİ

siqaret NZ Gold


11 mart 2021-ci il tarixindən etibarən Azərbaycanda bir çox siqaretlər 20 qəpik bahalaşsa da, “Finest Tobacco” MMC tərəfindən Azərbaycanda idxalı və topdansatışı təşkil olunan Belarus istehsalı olan “NZ Gold Compact” markalı siqaretlərin pərakəndə satış qiymətlərində artım olmayıb.

Bu barədə Marja-ya “Finest Tobacco” şirkətindən bildirilib.

Qeyd edilib ki, şirkət tərəfindən topdansatışı həyata keçirilən Belarus Respublikası istehsalı olan “NZ Gold Compact” markalı siqaretlərin pərakəndə satış qiymətlərində artım olmayıb:

“10 mart 2021-ci ildə ölkə ərazisində satılan siqaretlərin pərakəndə satış qiymətlərində 0,20 manat artım baş verməsinə baxmayaraq, şirkətimizin topdansatışını həyata keçirdiyi “NZ Gold Compact” markalı siqaretlərin pərakəndə satış qiymətlərində artım olmayıb. Hazırda “NZ Gold Compact” markalı siqaretlərin pərakəndə satış nöqtələrində qiyməti 2 manat təşkil edir. “Finest Tobacco” MMC adından rəsmi şəkildə istehlakçılara bildiririk ki, ölkə üzrə pərakəndə satış məntəqələrində “NZ Gold Compact” markalı siqaretlərin pərakəndə satış qiymətinin 2 manatdan yuxarı olması süni qiymət artımıdır və şirkətimiz bu hallara qarşı qanunvericilik çərçivəsində qabaqlayıcı tədbirlər görəcək.

Şirkət olaraq hər zaman istehlakçı hüquqlarının müdafiəsi bizim üçün əsas meyarlardan biridir. Şirkətimiz bazarda ədalətli qiymət siyasəti yürüdərək azad rəqabət və inkişafa istiqamətlənən fəaliyyətinə davam etməyi, bununla da ölkə iqtisadiyyatının dinamik inkişafına dəstək olmağı hədəfləyir”.

Paylaş