Neftçalada yığılan avtomobillər anbarlara yığılır

Kateqoriyasız


Emin Axundov 2019-cu il Fevralın 11-də  bildirmişdi ki, 2018-ci ilin yazında işə düşmüş Neftçala Avtomobil Zavodunda bu vaxta kimi 1250-dək avtomobil istehsal olunub. Bu rəqəm, rəsmi statistikadan yüksəkdir. Rəsmi statistikaya görə, ötən il və bu ilin Yanvar-Fevralında Azərbaycanda cəmi 1145 ədəd minik avtomobili istehsal edilib.


Azərbaycanda Naxçıvan Avtomobil Zavodu da minik avtomobilləri yığır. 

Həmçinin, 2019-cu ilin Yanvar- Fevral dövründə ölkəmizdə 288 ədəd traktor istehsal edilib. 2017-ci ilin yanvar-fevral dövrü ilə müqayisədə traktor istehsalı 2,1 dəfə artıb.

Ötən il ölkəmizdə 1303 ədəd traktor istehsal edilmişdi. 

Paylaş