Manatla əmanəti olanlara şad xəbər – Rəsmi açıqlama

Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) Himayəçilik Şurası Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasının tövsiyyəsinə əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə razılaşdırılmaqla 1 iyun 2020-ci il tarixindən etibarən milli valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin 10%-dən 12%-dək qaldırılması barədə qərar qəbul etmişdir.
Bu barədə Əmanətlərin Sığortalanması Fondundan Marja-ya daxil olmuş məlumatda bildirilir.
Əmanətlərin Sığortalanması Fondu (ƏSF) bildirir ki, ƏSF-yə üzv olan banklarda xarici valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 2,5% təşkil edir.
Əmanətçilər əmanətlərin sığortalanması üçün heç bir ödəniş etmirlər, sığorta haqları yalnız banklar tərəfindən ödənilir.
Beləliklə, illik 12%-dək faiz dərəcələri ilə milli valyutada banklara yatırılan əmanətlər sığortalanacaqdır. Əmanətlər dekabr ayınadək tam sığortalanacaqdır.
Xəbər lenti
- 3 həftə, 5 gün, 10 saat, 42 dəq
- 1 ay, 3 həftə, 1 gün, 6 saat, 18 dəq
-
1 ay, 3 həftə, 1 gün, 8 saat, 4 dəq
Ermənistanda yolda Azərbaycan şəhərlərinin adları olan lövhə quraşdırılıb
-
1 ay, 3 həftə, 1 gün, 8 saat, 40 dəq
Mərkəzi Bank Manatın məzənnəsilə bağlı təcili açıqlama yaydı
- 1 ay, 3 həftə, 1 gün, 11 saat, 32 dəq