Kirayə mexanizmi ilə mənzil satışı başlayır

Dekabrın ortalarında mənzillərin satmaq öhdəliyi ilə kirayəyə verilməsi üçün sənəd qəbuluna başlanılacaq.

GÜNDƏM


Bu il yanvarın 25-də Prezident İlham Əliyevin “Yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizminin yaradılması haqqında” fərmanı ilə bağlı işlər yekunlaşmaq üzrədir.

İpoteka və Kredit Zəmanəti Fondundan bildirib ki, artıq kirayə mexanizminin işə düşməsi üçün zəruri işlərin əksəriyyəti həll edilib.

Dekabrın ortalarında mənzillərin satmaq öhdəliyi ilə kirayəyə verilməsi üçün sənəd qəbuluna başlanılacaq. Bununla bağlı öncədən ictimaiyyətə məlumat veriləcək. Vətəndaşlar “Asan İmza” əldə etməklə e-gov.az saytı üzərindən elektron qaydada müraciət edəcəklər.

HƏMÇİNİN OXU: Kirayə ilə ev almaq necə olacaq? – 21 SUAL VƏ CAVABI

HƏMÇİNİN OXUMüjdə! Kirayədə qaldığınız mənzili alacaqsınız

© “Qafqazinfo”

Paylaş