Kamil küçədə əlbəyaxa davaya çıxdı – YENİLƏNİB+ Video

HADİSƏ


Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə idmançı Kamil Zeynallının avtomobil yolunda polisin yanında digər sürücü ilə dava etməsi ilə bağlı yayılan görüntülərinə münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, hadisə Bakı-Şamaxı yolunda yerləşən karantin postunda qeydə alınıb.

“Hadisə zamanı Kamil Zeynallı digər sürücü ilə yol üstündə bir-biri ilə dava ediblər. Ərazidə olan polis əməkdaşları da onları saxlayaraq, aidiyyəti üzrə Polis Bölməsinə gətiriblər. Polis Bölməsində də həmin şəxslərin izahatları alınaraq sərbəst buraxılıb. Buna baxmayaraq araşdırmalar davam etdirilir. Nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”, – E.Zahidov bildirib.

Qeyd edək ki, sosial şəbəkələrdə K.Zeynallının avtomobil yolunda digər sürücü ilə polisin yanında dava etdiyi barədə görüntülər yayılıb.

XXX

Tanınmış idmançı Kamil Zeynallı ilə bağlı sosial şəbəkələrdə video yayılıb.  “Qafqazinfo” xəbər verir ki, görüntülərdə Kamilin maşından düşərək naməlum bir şəxsə hücum etdiyi əks olunub. 

O, qarşı tərəfə yumruq zərbələri vurub və qeyri-etik sözlərdən istifadə edib. Davaya polis əməkdaşları qarışıb, onlar Kamili hadisə yerindən uzaqlaşdırmağa çalışıblar. 

Qeyd edək ki, videonun harada və nə zaman lentə alınması barədə məlumat yoxdur.  

Xatırladaq ki, K. Zeynallı mayın 12-də Nərimanov rayonu ərazisində karantin rejiminin qaydalarını pozduğu üçün saxlanılaraq Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 10 sutka müddətinə inzibati həbs edilmişdi.

Paylaş