Hacı Əliyev üçüncü dəfə Avropa çempionu oldu

65 kq çəki dərəcəsində çıxış edən Hacı Əliyev finalda türkiyəli Səlahətdin Kılıçsallayanı məğlub edərək qızıl medal qazanıb.

İDMAN


Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında final görüşləri davam edir.

65 kq çəki dərəcəsində çıxış edən Hacı Əliyev finalda türkiyəli Səlahətdin Kılıçsallayanı məğlub edərək qızıl medal qazanıb.

Bu, Hacı Əliyevin üçüncü Avropa çempionluğu olub.

Qeyd edək ki, Avropa çempionatında digər güləşçilərimizdən Mahir Əmiraslanov (57 kq) bürünc, Cəbrayıl Həsənov (79 kq) isə qızıl medal qazanıb.

Paylaş