Gündəlik işləyənlərin Bakıya girişi hələ də qadağandır

GÜNDƏM


“Bakı qeydiyyatında olan insanlar yalnız və yalnız yaxın qohumun dəfni ilə əlaqədar rayonlara gedə bilər”. 

Bu sözləri Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişev ATV-də çıxışı zamanı bildirib.

DİN rəsmisi qeyd edib ki, xüsusi karantin rejimi tətbiq olunanda Bakı şəhərində qalan rayon qeydiyyatlı vətəndaşlar artıq rayonlara, evlərinə qayıda bilərlər:

“Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonuna giriş-çıxış qadağandır. Fəaliyyətinə icazə verilən özəl şirkətlərin, eləcə də, say həddi müəyyən edilmiş dövlət orqanlarının əməkdaşları öz xidməti vəsiqələrini və həmin nazirlik, təşkilat müəssisə tərəfindən onların işə çağrılması barədə rəsmi arayışı təqdim etdikdə Bakıya gələ bilərlər. Xidməti vəsiqədən sui-istifadə etmə hallarının aradan qaldırılması üçün rəsmi arayış hökmən təqdim edilməlidir”. 

Ə. Baqişev onu da qeyd edib ki, Bakıda günəmuzd işləyən rayon qeydiyyatlı şəxslərə də paytaxta giriş qadağandır.

Paylaş