Bugünkü tıxacda əks yola çıxan sürücülər cərimələnəcək

HADİSƏ


Bu gün Bakının girişində yaranan tıxac zamanı əks yola çıxaraq hərəkət edən avtomobillərin sürücüləri cərimə olunacaq.

Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat katibi Kamran Əliyev bildirib ki, Astara-Ələt-Bakı yolunun Ələt qəsəbəsi ərazisində quraşdırılan karantin postunda yoxlamalar zamanı yaranan tıxacda əks yola çıxaraq özlərinin və digərlərinin həyatını riskə atan sürücülər olub: “Həmin şəxslər bir qədər irəlidə saxlanılıb və geri qaytarılıb.

Qafqazinfo

Paylaş