Bitwise: Bitcoin-in əməliyyat həcminin 95%-i saxtadır

"Bitwise" investisiya şirkətinə görə, ən böyük kriptovalyuta Bitcoin ilə aparılan əməliyyat həcminin 95%-i saxtadır.

DÜNYA


Kriptovalyutalar ilə əməliyyat aparan bir çox adamın bazar məlumatları üçün “CoinMarketCap”ı mənbə olaraq istifadə etməsinə qarşı, “Bitwise Asset Management”in hesabatına görə, platformada bildirilən Bitcoin əməliyyat həcminin 95%-i saxtadır.

“CoinMarketCap”ın gündəlik təxminən 6 milyard dollarlıq Bitcoin əməliyyat həcmi bildirməsinə qarşı “Bitwise”yə görə, real rəqəm 273 milyon dollardır.

Hesabatda, 81 birjadan gələn məlumatları yığan “Bitwise”, gündəlik əməliyyat həcmi 1 milyon dollardan aşağı platformaların nəzərə alınmadığını qeyd edib.

Yaxın zamanda Bitcoin exchange traded fondları (ETF) üçün ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) müraciətdə olan şirkət, söz mövzusu hesabatı müraciətin tərkib hissəsi olaraq təqdim edib.

Paylaş