“Bayram günü hamı eyni vaxtda şam yandırsın” – Deputatdan təklif

Kateqoriyasız


“Hər bir fərd öz sağlamlığı ilə yanaşı, başqalarının sağlamlığı ilə bağlı məsuliyyət daşımalıdır”. 

Bunu deputat Rəşad Mahmudov Milli Məclisin bugünkü plenar iclasında deyib. 

O, bildirib ki, bu məsələdə məsuliyyət hər bir vətəndaşın üzərinə düşür: 

“Bu virusa  zərərsiz qalib gəlmək bugünkü tibbin reallığında mümkün deyil. Hamını nizam-intizama dəvət etməyi özümə borc bilirəm. Bu gün hamı evində oturub prosesi izləsə də, öz sağlamlığını riskə atan həkimləri günümüzün qəhrəmanı hesab etsək, yanılmarıq. Bəzi hallarda qınaq obyektinə çevrilən həkimlərimizə bu gün gördüyü işlərə görə təşəkkür edirik”. 

Millət vəkili təkliflə də çıxış edib:

“Eyni zamanda, təklif edirəm ki, Novruz bayramı axşamı təyin edilmiş eyni vaxtda ölkəmizdə hamı şam yandırmaqla ümummilli məsələlərə öz dəstəyimizi bildirsin”. 

Paylaş