Bakının Baş planı neçəyə başa gələcək? – ALMAN ŞİRKƏTƏ ÖDƏNİLƏCƏK

Elan edilmiş tenderin qalibilə müqavilə imzalanıb.

İQTİSADİ


Bakı şəhərinin Baş planı 6,3 milyon dollara başa gələcək.

“Birgün” “Marja”ya istinadən xəbər verir ki, bu il fevralın 19-da Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən “Bakı şəhərinin Baş planının hazırlanması” üzrə layihə işlərinin satın alınması məqsədilə elan edilmiş tenderin qalibi Almaniyanın “AS+P” şirkəti olub və həmin şirkətlə 6 milyon 391,2 min ABŞ dolları (10 milyon 865 min manat) məbləğində satınalma müqaviləsi bağlanıb.

Qeyd edək ki, Bakının Baş planının hazırlanması işinin 2020-ci ilin sonunadək başa çatdırılması və sənədin yekun layihəsinin təsdiq üçün Azərbaycan hökumətinə təqdim olunması nəzərdə tutulur.

Paylaş