Bəzi rayonlar və şəhərlərarası gediş-gəliş bərpa olunur

4 şəhər 1 rayon xaric SMS icazə sistemi ləğv olunur

AVTOMOBİL


Azərbaycanda bəzi ərazilərdə rayonlar və şəhərlərarası gediş-gəliş bərpa olunur.

1Günaz xəbər verir ki, Operativ Qərargahın yaydığı məlumata əsasən, bu ərazilər Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu istisna olmaqla, respublikanın digər rayon və şəhərlərində, eyni zamanda Naxçıvan Muxtar Respublikasında gediş-gəliş bərpa olunur.

Qeyd edilir ki, ictimai nəqliyyatla sərnişindaşıma xidməti istisna edilir.

Sözügedən qərar 4 may 2020-ci il saat 00:00-da qüvvəyə minəcək. 

Paylaş