Azərbaycanda xüsusi karantin rejimi uzadıldı və sərtləşdirildi

HADİSƏ


Azərbaycanda xüsusi karantin rejiminin Avqust ayının 1-dək uzadılmasına qərar verilib.

Marja xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi, Nazirlər Kabineti yanında Operativ Qərargahın nümayəndəsi Leyla Abdullayeva bu gün keçirilən brifinqdə məlumat verib.

O qeyd edib ki, Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad və Abşeron rayonunda 21 iyun 2020-ci il tarixindən saat 00:00-dan 5 İyul 2020-ci il tarixindək saat 06:00-dək sərt karantin rejimi tətbiq ediləcək. Yaşayış yerini tərk etmək üçün SMS ilə icazə alınacaq.

Dövlət və özəl təşkilatlarda işə çıxma ilə bağlı məhdudiyyətlər olacaq. Ticarət obyektləri, bərbərxana və gözəllik salonları muzeylər və sərgi salonları bağlanacaq. Açıq havada idman oyunları qadağan edilir.

Bakı metrosu xüsusi karantin rejimi müddətində fəaliyyətini davam etdirəcək.

Onun sözlərinə görə, bulvar və parklara giriş də məhdudlaşdırılmayacaq.

Sabah Nazirlər Kabineti yanında Operativ Qərargah bu barədə ətraflı məlumat yayacaqdır.

Xəbər yenilənir….

Paylaş