Azərbaycanda koronavirus ilə bağlı son vəziyyət açıqlandı – 35 ÖLÜM

HADİSƏ


Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4203 yeni yoluxma faktı qeydə alınıb, 1 724 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 35 nəfər vəfat edib.

26 Avqust 2021-ci il tarixində 3714 yoluxma faktı və 31 ölüm qeydə alındığı açıqlanmışdı.

13 Dekabr 2020-ci il tarixində açıqlanmış fakt (4451) bugünədək qeydə alınmış ən yüksək günlük yoluxma sayı idi.

Paylaş