Azərbaycanda koronavirus ilə bağlı son vəziyyət açıqlandı

SAĞLAMLIQ


Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3107 yeni yoluxma faktı qeydə alınıb, 1170 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 39 nəfər vəfat edib.

29 Avqust 2021-ci il tarixində 4010 yoluxma faktı və 41 ölüm qeydə alındığı açıqlanmışdı.

13 Dekabr 2020-ci il tarixində açıqlanmış fakt (4451) bugünədək qeydə alınmış ən yüksək günlük yoluxma sayı idi.

Paylaş