Azərbaycanda dünya çempionu həbs edilib

HADİSƏ


Dünya və Avropa çempionu Xəyyam Səfixanov həbs olunub.

APA-nın əldə etdiyi məlumata görə, X. Səfixanov narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinib. X. Səfixanov Sabunçu rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Axtarış zamanı onun üzərindən heroin, metafitamin və tramadol həbi aşkar edilib.

Tovuzda karantin qaydalarını pozan 145 nəfər məsuliyyətə cəlb edilib
Astarada dağlıq ərazidə narkotik bitkilər yetişdirən şəxslər saxlanılıb
Gəncədə narkotik saxlamaqda şübhəli bilinən şəxslər saxlanılıb
Faktla bağlı Sabunçu rayon Polis İdarəsində cinayət işi başlanılıb və məhkəmə tərəfindən X. Səfixanov barəsində həbs qətimkan tədbiri seçilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev faktı APA-ya təsdiqləyib.

Qeyd edək ki, X.Səfixanov universal-döyüş və digər idman növü üzrə dünya və Avropa çempionu olub.

X. Səfixanov kriminal aləmdə “Razin Xəyyam” kimi də tanınır.

Paylaş