Avtomobillərin və vətəndaşların hərəkətinin qadağan ediləcəyi məlumatına RƏSMİ REAKSİYA

Sosial şəbəkələrdə Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini Teymur Hacıyevin adından yayılan sənəd saxtadır.
Bunu açıqlamasında Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov bildirib.
O qeyd edib ki, hazırda daxili işlər orqanları xüsusi rejimli karantin rejiminin tələblərindən irəli gələn məsələləri icra etməkdədir: “Sosial şəbəkələrdə yayılan bu məlumat yalandır. Vətəndaşları rəsmi olmayan məlumatlara inanmamağa çağırıram”.
Qeyd edək ki, sosial şəbəkələrdə yayımlanan telefonqramda sabahdan avtomobillərin və vətəndaşların hərəkətinin qadağan ediləcəyi bildirilir.
Xəbər lenti
- 1 həftə, 9 saat, 1 dəq
- 1 həftə, 9 saat, 32 dəq
- 3 həftə, 2 gün, 7 saat, 23 dəq
- 4 həftə, 1 gün, 15 saat, 1 dəq
- 4 həftə, 2 gün, 6 saat, 31 dəq