“BP, “Exxon” və “Chevron”un “Azəri-Çıraq-Günəşli”dəki paylarını almağa hazırdır”

Böyük Britaniyanın “BP” şirkəti Azərbaycanın “Azəri-Çıraq-Günəşli” layihəsində “Exxon” və “Chevron”un paylarının satın alınmasını nəzərdən keçirməyə hazırdır. Bu barədə şirkətin baş icraçı direktoru Robert Dadli məlumat verib.
“AÇQ”-da iştirakımız bizi məmnun edir. Düşünürəm ki, payımızı artırmaq imkanı meydana gələrsə, bu bizim üçün təbii seçim olacaq, lakin hər şey qiymətdən asılı olacaq”, – deyə o bildirib ki, hələlik “Exxon” və “Chevron” öz paketlərini qiymətləndirirlər və satış üzrə tenderə başlamayıblar.
“Azəri-Çıraq-Günəşli” layihəsində BP-nin payı 30,37%, ARDNŞ-nin – 25%, “Chevron” və “ExxonMobil”in – müvafiq olaraq 9,57% və 6,79%, “ONGC”-nin – 2,31%, “Inpex Corp. və “Itochu Oil”un – müvafiq olaraq 9,31% və 3,65%, “Statoil”un – 7,27%, “TPAO”-un – 5,73% təşkil edir.
Xəbər lenti
- 1 həftə, 1 gün, 20 saat, 57 dəq
-
1 həftə, 1 gün, 22 saat, 43 dəq
Ermənistanda yolda Azərbaycan şəhərlərinin adları olan lövhə quraşdırılıb
-
1 həftə, 1 gün, 23 saat, 19 dəq
Mərkəzi Bank Manatın məzənnəsilə bağlı təcili açıqlama yaydı
- 1 həftə, 2 gün, 2 saat, 11 dəq
- 1 həftə, 2 gün, 2 saat, 41 dəq